ÖYRƏNMƏ MƏRHƏLƏSİ
“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsinin icrasında ilk mərhələ “öyrənmə” mərhələsidir.
Bu mərhələ çərçivəsində Şəki, Zaqatala, Qax rayonlarında yaşayan layihə iştirakçıları sahibkarlıq, özünüməşğulluq, turizm mövzuları ilə bağlı müxtəlif silsilə təlimlərə və seminarlara cəlb olunurlar.
Təlimlər sahə üzrə seçilmiş peşəkar təlimçilər tərəfindən keçirilir. “Biznes planların yazılması” , “Kənd turizmi necə işləyir?”, “Turizm xidmətinin təşkili”, “Müştəri ilə ünsiyyət texnikaları”, “Qidalanmanın təşkili”, “Satış bacarıqları” və s. mövzular da vətəndaşlar geniş məlumat verilir. Burada əsas məqsəd vətəndaşların öz bizneslərini idarə etdikləri zaman ehtiyac duyacaqları bilikləri onlara mənimsətməkdir.
Təlimlərin effektivliyini qiymətləndirmək üçün davamlı olaraq iştirakçılar arasında qiymətləndirmə, öyrənilən biliklərin yoxlanılması üçün isə test yoxlama tapşırıqları icra olunur.