(+994 51) 230 35 92

TƏMİR VƏ TƏCHİZAT MƏRHƏLƏSİ

TƏMİR VƏ TƏCHİZAT MƏRHƏLƏSİ

“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsinin 2-ci icra mərhələsi “təmir və təchizat” mərhələsidir. Bu mərhələ çərçivəsində sahibkarlıqla bağlı silsilə təlimlərdə iştirak edən və təlimləri uğurla tamamlayan layihə iştirakçılarının “kənd turizmi” ilə məşğul olacaqları obyektlərində təmir işləri görülür. Daha sonra Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə kənd turizmi obyekti üçün lazım olan bütün avadanlıqlarla təchiz olunur.

 

Avadanlıqlar siyahısına divan və kreslo dəsti, stol və stul dəsti, yataq dəsti mebeli, qarderob, soyuducu, kondisoner, televizor və televizor şkafı, ütü və ütü masası, mikrodalğalı soba, tozsoran, mətbəx ləvazimatları və s. daxildir.