Belə ki, Şəki, Zaqatala və Qax regionundan olan 12 sahibkarlıq obyekti əsaslı şəkildə təmir edilərək yerli və xarici turistlərin qonaqlama xidmətini həyata keçirmək üçün sahibkarlara təhvil verilib. Eyni zamanda bu mərhələdə sahibkarlıq obyektləri Dövlət Məşğulluq Agentliyinin aqroturizm zərfi üzrə qonaq evinə lazım olan bütün avadanlıqlarla təmin edilir. Avadanlıqlar siyahısına divan və kreslo dəsti, stol və stul dəsti, yataq dəsti mebeli, qarderob, soyuducu, kondisoner, televizor və televizor şkafı, ütü və ütü masası, mikrodalğalı soba, tozsoran, mətbəx ləvazimatları və s. daxildir.Avadanlıqların təhvil verilmə prosesi uğurla davam edir. Tezliklə sahibkarlıq obyektlərinin (kənd qonaq evlərinin) açılış mərasimi baş tutacaq.

 

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd sahibkarlığın inkişafı, özünüməşğulluğun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasıdır.