(+994 51) 230 35 92

Qeydiyyat davam edir

Azərbaycanın turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə qeydiyyat davam edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulur. Bu məqsədlə layihəyə müraciət edən uyğun namizədlərin seçimi aparıldıqdan sonra vətəndaşlar turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunacaq, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir işləri aparılacaq və lazımi avadanlıqlarla təchiz ediləcəkdir. 

Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi ilə məşğul olmaq istəyən vətəndaşlar 2022-ci ilin 28 yanvar tarixinədək müraciət edə bilərlər. Qeydiyyat linki: https://forms.gle/m7dpQKdS5Lypft6a8     

Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir.

Share on facebook
Share on twitter
Share on linkedin
Share on vk
Share on whatsapp
Share on telegram

XƏBƏRLƏR

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” …

0 baxış

“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi çərçivəsində Şəki, Zaqatala və Qax regionundan seçilmiş layihə iştirakçılarına 30 aprel tarixində təlimçi İmam İmamlı tərəfindən “Biznes planın qiymətləndirilməsi” təlimi keçirilib.   Təlimdə biznes …

0 baxış

“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi çərçivəsində Şəki, Zaqatala və Qax regionundan olan layihə iştirakçıları ilə məsləhət xarakterli işgüzar görüşlər keçirilib.   Görüşdə seçilmiş şəxslərə layihənin “Təmir və təchizat” və …

0 baxış