(+994 51) 230 35 92

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin iştirakçıları üçün təlimlər keçirilir

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin iştirakçıları üçün təlimlər keçirilir.

Layihənin icra olunduğu Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarından seçilmiş şəxslərə turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün biznes planın yazılması, biznesin hüquqi əsasları, kənd turizmi və brendinq, kənd turizmində sosial medianın rolu, qonaq evlərinin menecmenti və müştəri məmnuniyyəti kimi mövzularda təlimlər keçirilir. Təlimlərlə yanaşı, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir-bərpa işləri də yekunlaşmaq üzrədir. Növbəti mərhələdə sahibkarlıq obyektləri lazımi avadanlıqlarla təchiz ediləcək. Nəticədə kənd turizmi sahəsində 50 yeni sahibkarlıq obyekti təsis olunacaq. 

Yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri yerli sakinlərin gəlirlərinin artmasına və məşğulluqlarının təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına öz töhfəsini verəcəkdir. 

Share on facebook
Share on twitter
Share on linkedin
Share on vk
Share on whatsapp
Share on telegram

XƏBƏRLƏR

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” …

0 baxış

“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi çərçivəsində Şəki, Zaqatala və Qax regionundan seçilmiş layihə iştirakçılarına 30 aprel tarixində təlimçi İmam İmamlı tərəfindən “Biznes planın qiymətləndirilməsi” təlimi keçirilib.   Təlimdə biznes …

0 baxış

“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi çərçivəsində Şəki, Zaqatala və Qax regionundan olan layihə iştirakçıları ilə məsləhət xarakterli işgüzar görüşlər keçirilib.   Görüşdə seçilmiş şəxslərə layihənin “Təmir və təchizat” və …

0 baxış