“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi çərçivəsində Şəki, Zaqatala və Qax regionundan seçilmiş layihə iştirakçılarına 9 aprel tarixində Şəki şəhərində “Turist anlayışı və Brendinq” təlimi keçiriləcəkdir.
Təlimçimiz Günel İbrahim kimdir?
Günel İbrahim, Böyük Britaniyada Kommersiya Menecmentliyi üzrə təhsil alıb. Hal-hazırda Etika Akademiyasının rəhbəri kimi fəaliyyət göstərir.
Təlimdə “Yerli və xarici turistlərin qəbulu və xidməti zamanı etik qaydalar və standartlar”, “Brendinq nədir” və s. kimi mövzular müzakirə olunacaq.
