“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi çərçivəsində Şəki, Zaqatala və Qax regionundan seçilmiş layihə iştirakçılarına 30 aprel tarixində təlimçi İmam İmamlı tərəfindən “Biznes planın qiymətləndirilməsi” təlimi keçirilib.
Təlimdə biznes planın səmərəliliyinin qiymətləndirilməsi prinsipləri və metodları müzakirə olunub.



