(+994 51) 230 35 92

info@bizimdiyar.az

HAQQIMIZDA

LAYİHƏ HAQQINDA

“Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsi Azərbaycanın turizm potensialı yüksək olan regionlarında sahibkarlığın və kənd turizmin inkişafı, məşğulluğun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilir.

18 noyabr 2021 – 18 may 2022 – tarixlərini əhatə edən layihə çərçivəsində Şəki, Zaqatala, Qax rayonlarında yaşayan 15 ailənin seçilməsi nəzərdə tutulub.

 

Layihəyə müraciət edən şəxslər aşağıdakı meyarlara uyğun olmalıdır:

 

  1. İşsiz hesab edilməli və işsiz kimi qeydiyyata alınmış şəxs olmalı;
  2. Kənd turizm sahəsinə marağı olmalı və özünü bu sahədə inkişaf etdirmək istəyən olmalı;
  3. 2 ilə qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq öhdəliyini üstlənməklə, öhdəlik müqaviləsi imzalamaqla maddi məsuliyyət daşımağa hazır olmalı;
  4. Sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edəcəyi evdə təmir, dizayn və təchizat məqsədli fəaliyyətlərə razı olmalı;
  5. Sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edəcəyi evinin həyətyanı ərazisi və tikilinin ərazisi geniş olmalı (və ya tikilinin əlavə giriş-çıxış imkanları olmalı).

 

Qeyd: Seçimlər zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük veriləcəkdir.

 

Layihənin icrası nəticəsində gözlənilən nəticələr aşağıdakı kimidir:

– Şəki, Zaqatala, Qax rayonlarında sahibkarlıq fəaliyyəti təşviq ediləcək;

– 100 nəfər kənd sakini sahibkarlıq imkanları ilə yanaşı özünəməşğulluq imkanları barədə məlumatlanacaq;

– 15 ailənin maddi vəziyəti yaxşılaşdırılacaq, işsizlik və sosial təminat kimi problemləri qismən həll olunacaq;

– 15 sahibkarlıq obyekti turizm sahəsində fəaliyyətə başlayacaq;

– Kəndlərdə yerli icmanın gəlirlilik səviyyəsi artacaq və rifah halının yaxşılaşacaq;

– Şəki, Zaqatala, Qax rayonlarında yerli turizmin inkişafına müsbət təsir göstərəcək.